Millimizin startı acınacaqlı oldu - 0:6!

2 Oktyabr 2019 18:58 Qadın futbolu 1 175
Millimizin startı acınacaqlı oldu - 0:6!

Bu gün Portuqaliyada 19 yaşadək qızlardan ibarət yığmaların Avropa çempionatının ilkin seçmə mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi millimiz ilk görüşünü meydan sahiblərinə qarşı keçirib.

Gözlənildiyi kimi, qızlarımız Portuqaliya qarşısında sürpriz edə bilməyib. Matç komandamızın ağır məğlubiyyəti ilə bitib - 0:6. Qızlarımız oktyabrın 5-də Almaniya, üç gün sonra isə Albaniya ilə üz-üzə gələcəklər. Qitə çempionatının final mərhələsi Gürcüstanda keçiriləcək.

Avropa çempionatı. Seçmə mərhələ. 3-cü qrup. İlk tur

17:00 Azərbaycan (U-19) - Portuqaliya (U-19) - 0:6

Qol: Telma Enkarnasau, 13, 31, 35, 64, Lara Pintassilqu, 20, Ana Teleş, 65.

Baş hakim: Tanya Raçiç (Bosniya və Herseqovina)
Baş hakimin köməkçiləri: Aida Yusufoviç (Bosniya və Herseqovina), Martina Neraliç (Xorvatiya)
Dördüncü hakim: Sabina Boliç (Xorvatiya)

"Fau" İdman mərkəzinin stadionu

Azərbaycan: Nərgiz Əliyeva, Lamiyə Qurbanova, Nigar Mirzəliyeva, Neslihan Bozkaya, Sona Rəhimova, Çalin Koess, Aytac Nemətova (k), Dilarə Deli, Anna Abulaşvili, Beyaznur Aslan, Ayşə Duran.

Ehtiyat oyunçular: Elvira Əsgərzadə, Nigar Əhmədova, Fidan Əbdürrəhmanova, Coşqunə Əliyeva, Minarə Gözəlova, Jalə İldırımova, Ləman Niftəliyev.

Baş məşqçi: Vüqar Əsgərli.

Portuqaliya: Karolina Martinş, Mariana Roza, Ana Albukerke, Daniela Santuş, Sofiya Silva (k), Andrea Yasintu, Telma Enkarnasau, Barbara Lopeş, Marta Ferreyra, Lara Pintassilqu, Frnasişka Nazaret.

Ehtiyat oyunçular: Luiza Pineyru, Ana Rita Seyça, Beatris Kameyrau, Ana Teleş, İnes Barge, Tomaş Barboza, Karolina Santana, Luana Markes, Vera Cid.

Baş məşqçi: Joze Manuel Matoş Paysana.

Digər Xəbərlər
Xəbər Lenti