Azərbaycan FIFA-nın reytinqində 1 pillə irəlilədi

28 Sentyabr 2019 11:05 Qadın futbolu 443
Azərbaycan FIFA-nın reytinqində 1 pillə irəlilədi

Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə dünyanın 161 yığması yer alıb. Azərbaycan milli komandası budəfəki siyahıda 75-ci yerdə qərarlaşıb.

Aktivində 1345 xal olan yığmamız iyulda açıqlanan FİFA reytinqi ilə müqayisədə, 1 pillə irəliləyib. Buna Qazaxıstanın 3 pillə geriləməsi səbəb olub.

Siyahıya 2180 xalla ABŞ başçılıq edir. Almaniya ikinci (2064), Hollandiya (2036) üçüncü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti