Millimizin baş məşqçisi: "Məqsədimiz qrupdan çıxmaqdır"

27 Sentyabr 2019 19:25 Qadın futbolu 631
Millimizin baş məşqçisi: "Məqsədimiz qrupdan çıxmaqdır"

19 yaşadək qızlardan ibarət milli komandamız sentyabrın 30-dan oktyabrın 8-dək Portuqaliyanın Braqa şəhərində təlim-məşq toplanışı keçəcək.

Əsas məqsəd Avropa çempionatına hazırlıqdır. Yığmamız qitə birinciliyinin ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 2-də Portuqaliya, 3 gün sonra Almaniya, oktyabrın 8-də isə Albaniya ilə qarşılaşacaq.

Sportinfo.az saytına danışan milli komandanın baş məşqçisi Vüqar Əsgərli Pireney yarımadasına iddialı yollanmaqla yanaşı, şansları da dəyərləndirib:

"Ayın 29-u yola düşürük. Bilirik ki, çətin qrupa düşmüşük. Ancaq məqsədimiz qrupdan çıxmaqdır. Futbolçuları da elə kökləmişik, mütləq qələbə lazımdır. Komandamızın potensialı ikinci yerlə qrupdan çıxmağa imkan verir. Söhbətimiz olub, heç-heçədən qəti danışmamışıq, ancaq qalib gəlməyi tapşırmışıq. Baxmayaraq ki, Portuqaliya ilə heç-heçə də hardasa bizi qane edə bilər. Favorit Almaniyaya qarşı yaxşı mübarizə aparmalyıq. Bu ildən 3-cü yeri tutan ən yaxşı 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"