Futbolçumuz təcili əməliyyat olunmalıdır: “Heç kimdən reaksiya yoxdur” - FOTOLAR

27 Sentyabr 2019 15:07 Qadın futbolu 1 176
Futbolçumuz təcili əməliyyat olunmalıdır: “Heç kimdən reaksiya yoxdur” - FOTOLAR

2016-cı ildən qadınlardan ibarət milli komandamızda çıxış edən Nino Qurqenidzenin səhhətində ciddi problem var. U-19 millimizin baş məşqçisi Vüqar Əsgərli bu barədə sosial şəbəkədə paylaşım edərək ictimaiyyətdən futbolçumuza kömək istəyib. Məlumata görə, yarımmüdafəçi təcili əməliyyat olunmalıdır və bunun üçün 23000 dollara ehtiyac var.

AFFA-nın milli futbolçusuna kömək edib-etməyəcəyi maraq doğurduğundan, Vüqar Əsgərli ilə əlaqə saxladıq. Gənc mütəxəssis Sportinfo.az saytına açıqlamasında bu barədə federasiya rəsmiləri ilə danışacağını deyib:

“Facebook”dakı paylaşımdan sonra hələ heç kimdən reaksiya yoxdur. AFFA ilk müalicədə də kömək göstərib. İndi təlim-məşq toplanışındayıq, yenə danışacağıq bu barədə. Nino dünən müayinədə olub, həkim deyib ki, təcili əməliyyat edilməlidir. Birinci kimya terapiyanın xərclərinə də AFFA kömək etmişdi. Nino Gürcüstanda xəstəxanada yatanda da federasiya bizim hamımızı ora göndərmişdi, gedib baş çəkdik. Hazırda Türkiyədədir, kimya terapiyanı orada alır”.

Bu ilin əvvəlində Gürcüstan millisi və Moskva "Spartak"ının yarımmüdafiəçisi, hazırda icarə əsasında "Krılya Sovetov"da çıxış edən Cano Ananidze də həmyerlisinin müalicə xərclərinə kömək edərək tələb olunan məbləğin çox hissəsini onunçün açılmış bank hesabına köçürmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"