Qadınların stadionda futbola baxmasına icazə verildi, amma...

27 Avqust 2019 10:04 Qadın futbolu 668
Qadınların stadionda futbola baxmasına icazə verildi, amma...

İranda qadınların stadionlarda futbol matçlarını izləmələrinə icazə verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin İdman və Gənclər nazirinin müavini Cəmşid Tağızadə məlumat verib.

Onun sözlərinə görə, qadınların oktyabrın 10-da Tehranın “Azadi” stadionunda İran və Kamboca milli komandaları arasında keçiriləcək oyunu izləmələrinə icazə verilib. İcazənin növbəti oyunlara şamil edilib-edilməyəcəyi sual olaraq qalır.

İranda qadınların futbol oyunlarına buraxılması qadağandır. Bu səbəbdən FIFA prezidenti Canni İnfantino İran hökumətinə ünvanladığı məktubda qadağanı aradan qaldırmağı tələb edib.

Digər Xəbərlər
Xəbər Lenti