AFFA-da növbəti görüş

26 Avqust 2019 15:00 Qadın futbolu 787
AFFA-da növbəti görüş

AFFA-nın inzibati binasında Qadınlar Liqasında iştirak edəcək komandaların məşqçiləri ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Emin Cəfərov, Qadınlardan ibarət U-19 və U-17 milli komandalarının baş məşqçiləri Vüqar Əsgərli ilə Zamir Həsənovun iştirak etdiyi görüşdə 2019/2020-ci il mövsümü ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə iştirak edən Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov oyun qaydaları haqqında məlumat verib, yeni mövsümdə elektron protokolların tətbiqi qaydasını izah edib, məşqçilərinin suallarını cavablandırıb.

Digər Xəbərlər
Xəbər Lenti