Xanım futbolçu motosikl qəzasında dünyasını dəyişdi - FOTO

9 Avqust 2019 15:33 Qadın futbolu 1 093
Xanım futbolçu motosikl qəzasında dünyasını dəyişdi - FOTO

İspaniya futbolunda bədbəxt hadisə baş verib.

Sportinfo.az thesun.co.uk saytına istinadən xəbər verir ki, avqustun 6-da qəzaya düşən Alba Esteban Frau dünyasını dəyişib.

"Malyorka"nın 19 yaşlı üzvü hadisə baş verən gün idarə etdiyi motosikllə yolda sürüşərək idarəetməni itirib və ağır qəzaya uğramışdı.

3 gündü Madrid xəstəxanalarının birində reanimasiya şöbəsində yatan Albanın həyatını xilas etmək mümkün olmayıb. İspaniya Futbol federasiyası bununla bağlı futbolçunun ailəsinə başsağlığı verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!