Azərbaycan millisinin iki futbolçusu Rusiya klubuna üz tutdu

17 İyul 2019 20:36 Qadın futbolu 1 339
Azərbaycan millisinin iki futbolçusu Rusiya klubuna üz tutdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki futbolçusu karyerasını Rusiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Vüsalə Hacıyeva və Jalə Məhsimova İjevsk "Torpedo”suna keçib.

Müdafiəçi Vüsalə Hacıyevanın son klubu Balakən təmsilçisi "Qubek” olub. O, əvvəllər də "Torpedo”da çıxış edib.

Yarımmüdafiəçi Jalə Məhsimova isə son olaraq "Uğur”da forma geyinib.

Rusiya çempionatının yüksək liqasında mübarizə aparan "Torpedo” 11 turdan sonra 8 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Avqust 17:30 Çək və bizə göndər!