Dünya çempionatının ikinci finalçısı müəyyənləşdi

4 İyul 2019 16:12 Qadın futbolu 658
Dünya çempionatının ikinci finalçısı müəyyənləşdi

Fransada keçirilən qadınların dünya çempionatında ikinci finalçı bəlli olub.

Sportinfo.az xəbər verir ki, yarımfinalın ikinci matçında Hollandiya millisi İsveçlə qarşılaşıb.

Oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda bir qol vuran hollandlar tarixində ilk dəfə finala yüksəlib.

Həlledici oyunda ABŞ və Hollandiya milliləri üz-üzə gələcək. Final iyulun 7-də baş tutacaq.

Üçüncü yer uğrunda keçiriləcək oyunda İngiltərə İsveçlə qarşılaşacaqm. Matç iyulun 6-da reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Avqust 17:30 Çək və bizə göndər!