DÇ-də ilk finalçı bəlli oldu

3 İyul 2019 10:36 Qadın futbolu 683
DÇ-də ilk finalçı bəlli oldu

Qadın futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi sayca 8-ci mundialın ilk yarımfinal görüşü İngiltərə və ABŞ yığmaları arasında baş tutub.

Matçın taleyi elə ilk yarıda həll olunub. ABŞ millisi fasiləyə 2:1 hesabıyla üstün yollanıb. İngiltərə 84-cü dəqiqədə məğlubiyyətdən qaçmaq üçün əla şans əldə etsə də, qazanılan penalti boşa verilib.

Beləcə, matçda hesab dəyişməyib və ABŞ millisi ilk finalçı olub.

Digər yarımfinal qarşılaşmasında Hollandiya və İsveç yığmaları üz-üzə gələcək. Sözügedən matça bu gün saat 23:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!