Onlar – dünyanın ən yaxşılarıdır, qadın futbol matçlarının auditoriyası, eləcə də reklam gəlirləri isə son vaxtlar çox artıb.
Baxmayaraq ki, qadın futbolçular kişi həmkarları ilə eyni, bəzən isə daha çətin şəraitdə oynayır, onlar qat-qat az qazanır.
Ona görə də qadın futbolçular bərabər əmək haqqı almaqlarını tələb edir. Fransada qadınlar arasında futbol üzrə dünya çempionatı isə böyük populyarlığı ilə seçilir – bu haqda rəqəmlər daha yaxşı danışır...
Sportinfo.az xəbər verir ki, FİFA-nın qiymətləndirməsinə görə, sözügedən idman hadisəsinə ümümilikdə bir milyard insan baxacaq.
İyunun 20-dək bir milyondan çox (1 094 639) bilet satılıb. Halbuki finala vəsiqə qazanan amerikalı qadın futbolçular mükafat olaraq 90 min ABŞ dolları alacaq.
Amma adətlər dəyişir – onlar artıq əvvəlki kimi deyillər. Və ABŞ-da 2016-2018-ci illərdə qadın futbolundan əldə olunan gəlirlər kişi futbolunun gəlirlərini 1,5 milyon ABŞ dolları civarında aşıb.
Bunda böyük ədalətsizlik görən ABŞ yığmasının 28 oyunçusu federasiyalarına qarşı tələb irəli sürüb.

