Millimizin bir üzvü Rusiya, digəri Qazaxıstan klubuna keçdi

28 İyun 2019 17:12 Qadın futbolu 1 036
Millimizin bir üzvü Rusiya, digəri Qazaxıstan klubuna keçdi

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri Manə Mollayeva və Aysun Əliyeva karyerasını ölkə xaricində davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Mollayeva Rusiyanın “Ryazan”, Aysun isə Qazaxıstanın “Okjetpes” klubu ilə müqavilə imzalayıb.

Ryazan komandası Rusiyanın Yüksək divizionunda iştirak edir. Cari mövsümdə artıq 11 oyun keçirən komanda 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Okjetpes” isə Qazaxıstanın Premyer Liqasında mübarizə aparır.

Məlumat üçün qeyd edək ki, “Zaqatala”nən yetirməsi olan Manə ötən mövsümü Rusiyanın “Kubanoçka” klubunda keçirib. O, müxətilif illərdə aşağı yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandalarının da formasını geyinib.

A. Əliyeva isə son mövsümü “Uğur”un heyətində keçirib və Azərbaycan çempionu olub. Yarımmüdafiəçi 2016-cı ildə Türkiyənin “1207 Antalyaspor Döşəməaltı Belediyyəspor” və “Samsunspor” klublarında da çıxış edib.

O, Antalyada oynayan zaman “fair-play” nümunəsi gəstərdiyinə görə diqqət mərkəzinə düşüb.

Belə ki, həmin vaxt 19 yaşı olan Aysun “Kireçburnu” - “1207 Antalyaspor Döşəməaltı Belediyyəspor” oyunu zamanı zədələnən və meydanı tərk etməkdə çətinlik çəkən rəqib komandanın futbolçusu İjeoma Queenth Danielsi kürəyinə alaraq, meydandan çıxarıb.

A.Əliyeva 2012-ci ildə ölkəmizdə keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatında millinin heyətində çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!