Braziliyalı qadın hücumçu DÇ tarixinin yeni bombardiri oldu

19 İyun 2019 09:00 Qadın futbolu 655
Braziliyalı qadın hücumçu DÇ tarixinin yeni bombardiri oldu

Braziliyanın qadın futbolçusu Marta Almaniyanın sabiq hücumçusu Miroslav Klozeni dünya çempionatları tarixinin bombardirləri siyahısında keçib.

Sportinfo.az xəbər verir ki, bu, dünya çempionatının qrup mərhələsində Braziliya və İtaliya arasındakı görüşdə baş verib.

33 yaşlı forvard 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 1:0.

Nəticədə "sambaçı" mundiallarda vurduğu qolların sayını 17-yə çatdırıb.

Artıq karyerasını başa vurmuş Klozenin 16 qolu var. Üçüncü yerdə isə 15 topla Martanın kişi həmyerlisi Ronaldo qərarlaşıb.

Marta FIFA versiyası üzrə 6 dəfə (2006, 2007, 2008, 2009, 2010, 2018) ilin ən yaxşı qadın futbolçusu sayılıb.

O, Braziliya yığmasının heyətində 2007-ci il dünya çempionatının və Yay Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!