Qadın futbolçulardan ibarət milli komandaların dünya çempionatı üçün Braziliyanın heyəti açıqlanıb.
Sportinfo.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi Formiqa millinin DÇ-2019-dakı oyunları üçün heyətə dəvət alıb.
Formiqa qadın futbolunda dünya çempionatına ən çox qatılan futbolçu ünvanını qazanıb. O, 7-ci dəfə Braziliya millisi ilə dünya çempionatına yollanacaq.
PSJ-nin şərəfini qoruyan Formiqa, DÇ-2019-un oyunlarında iştirak edəcəyi təqdirdə, dünya çempionatlarında forma geyinən ən yaşlı qadın futbolçu rekorduna da imza atacaq.
Fransada təşkil olunacaq dünya çempionatı 7 iyun-7 iyul aralığında keçiriləcək.

