Lənkəran futbolunda canlanma: Cənubun yeni fırtınası gəlir - FOTOLAR

11 Aprel 2019 14:48 Qadın futbolu 1 182
Lənkəran futbolunda canlanma:  Cənubun yeni fırtınası gəlir - FOTOLAR

Bir zamanlar Azərbaycan futbolunda fırtına kimi əsən “Xəzər Lənkəran” professional liqadan uzaq qalsa da, yerini boş qoymayıb.

Sportinfo.az xəbər verir ki, 2018-ci ildə məşqçilik üzrə kateqoriya alan futbolçu Sevanə Nurullayeva Lənkəranda 13 yaşlı qızlardan ibarət "Mələklər" adlı komanda yaradıb.

“Mələklər” futbol komandası hazırda məşqlərini bir zamanlar “Fırtınalar meydanı” adlanan “Xəzər-Lənkəran” Mərkəzi Stadionunun kiçik meydançasında keçirir.

Komanda ölkə çempionatında 8 oyun keçirməklə üç dəfə qələbə sevinci yaşayıb. Futbolçu kimi ölkə çempionu olan Sevanə Nurullayeva yeni komandanın gələcəyinə çox ümid bəsləyir:

“Hazırda turnir cədvəlində 4-cü yerdəyik. Gələn il üçün daha böyük hədəfimiz var. Bu il üçün əsas məqsədimiz uşaqları futbola cəlb etmək, onlara futbolu öyrətməkdi”.

AFFA da “Mələklər”i diqqətdən kənar saxlamır. Ali futbol qurumu komandanı forma və stadionla, həmçinin, digər idman ləvazimatları ilə təmin edir.

Komandanın turnir ərzində nəqliyyat və yemək xərclərini də AFFA qarşılayır.

Nurullayeva “Xəzər Lənkəran”ın 11 yaşlılardan ibarət komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərir. Ən böyük arzusu isə Lənkəranda qadın futbolunu inkişaf etdirməkdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!