"Hazırda bu işlə bağlı heç bir araşdırma aparılmır - FİFA-nın açıqlaması

19 Dekabr 2016 11:48 Qadın futbolu 1 017
"Hazırda bu işlə bağlı heç bir araşdırma aparılmır - FİFA-nın açıqlaması

Mətbuatda FİFA-nın etika komitəsinin Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkoya qarşı araşdırmalara başladığı barədə məlumat yayılıb. Sportinfo.az xəbər verir ki, Mutkoya qarşı araşdırmaların Rusiyanın idman sahəsində baş verən dopinq qalmaqalında ittiham olunmasına görə aparıldığı bildirilirdi.

Məsələ ilə FİFA-nın mətbuat katibliyi məlumat yayıb. Məlumatda Mutkoya qarşı araşdırmaların aparılması ilə bağlı yayılan xəbər təkzib olunur. Ancaq bununla yanaşı, VADA-nın komissiyasının təqdim etdiyi hesabatın öyrənildiyi də bildirilir:

“İstintaq palatası dərc olunan hesabatı diqqətlə öyrənmək niyyətindədi. Məcəllənin pozulması halları müəyyən edilərsə, təşkilat bu barədə ictimaiyyətə məlumat verəcək və tədbirlər görəcək. Ancaq hazırda bu işlə bağlı heç bir araşdırma aparılmır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!