Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Sportinfo.az-ın məlumatına görə, Gürcüstanın U-17 komandası ilə keçirilən qarşılaşmada qapılara qol vurulsa da, qalib müəyyənləşməyib - 1:1. Yığmamızın qolunu Aytac Nemətova vurub.

