17 yaşadək qızlardan ibarət Azərbaycan millisi fevralın 10-dan 14-dək təlim-məşq toplanışı keçəcək. Sportinfo.az xəbər verir ki, yığmamız bu məqsədlə gürcüstanın paytaxtı Tbilisiyə yollanacaq.
Toplanışa Ləman Niftəliyeva, Umnisə Əliyeva, Alina Nəhmədova (hamısı “Fidan”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ“), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Mingəçevir”), Jalə İldırımova (“Sumqayıt”), Elvira Əskərzadə, Minarə Gözəlova, Nigar Əhmədova, Aytac Nemətova, Nərmin Əhmədli, Sona Rəhimova (hamısı “Təhsil”), Mariya Semyonova (“Veqa”) və Aysun Muradova (“Zaqatala”) dəvət olunublar.

