Andorralılar Monteneqro – Azərbaycan oyununda - Təyinat

6 Aprel 09:00 Qadın futbolu 623
Andorralılar Monteneqro – Azərbaycan oyununda - Təyinat

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Monteneqro ilə oyununun hakimləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Millətlər Liqasının aprelin 8-də keçiriləcək matçını Andorradan olan hakimlər idarə edəcəklər.

Marta San Xuan baş hakim, Aynoa Fernandes və Luis Akosta onun köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını Antuan Şiaramonti yerinə yetirəcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM