Özbəkistanlı qızlara ikinci dəfə məğlub olduq

25 Oktyabr 2024 04:40 Qadın futbolu 870
Özbəkistanlı qızlara ikinci dəfə məğlub olduq

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Paytaxt Daşkənddə baş tutan matçda meydan sahibləri 89-cu dəqiqədə penaltidən vurulan qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.

Komandalar arasında ilk yoldaşlıq görüşündə Özbəkistan yığması 7:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu