Azərbaycan Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək

18 İyun 2022 00:50 Qadın futbolu 581
Azərbaycan Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki qarşılaşma iyunun 24-dən 29-dək İstanbulda gerçəkləşəcək təlim-məşq toplanışı zamanı baş tutacaq.

Görüşlər iyunun 25-də və 28-də olacaq.

Milli komanda bundan əvvəl isə Bakıda toplanış keçəcək. Hazırlıq prosesi iyunun 18-də başlayacaq və 6 gün davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti