Azərbaycanlı gənc qızlar Avropada mübarizəni dayandırdı

13 Aprel 2022 02:00 Qadın futbolu 563
Azərbaycanlı gənc qızlar Avropada mübarizəni dayandırdı

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, B liqasında çıxış edən yığma 1-ci qrupdakı son oyununda Şimali İrlandiya ilə qarşılaşıb.

Ev sahiblərinə qarşı keçirilən matçda yığmamız 0:1 hesabı ilə uduzub. Yığmamızın üzvləri Çora Çambersin 34-cü dəqiqədəki qoluna mane ola bilməyib.

Bu nəticədən sonra xallarını 7-y' çatdıran Şimali İrlandiya qrupu lider kimi başa vurub.Eyni xala malik Malta 2-ci, 3 xalı olan Azərbaycan 3-cü yeri tutub.

Xalı olmayan Farer adaları isə sonuncu olub.

Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub - 1:2.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!