Samirə azərbaycanlı qızlara dedi: "Vaxt aparırdılar"

8 Aprel 2022 13:20 Qadın futbolu 1 048
Samirə azərbaycanlı qızlara dedi: "Vaxt aparırdılar"

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı 7-ci sınağında Bosniya və Herseqovinanın qonağı olub.

Sarayevo şəhərindəki "Qrbavitsa" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Milena Nikoliç vurub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Bosniya və Herseqovina 3-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 3 xalla 5-ci sırada qalıb.

"Qarşılaşma çətin alındı, çünki rəqib düşündüyümüz kimi oynadı: hücum qurmağımıza imkan vermir, meydanda vaxt aparırdı".

Bunu Bosniya və Herseqovina yığmasının baş məşqçisi Samirə Hürrəm deyib. 50 yaşlı mütəxəssis qələbə qazandıqları üçün sevincli olduğunu bildirib:

"Futbolçularımı təbrik edirəm. İndi növbəti matça köklənmək üçün sakit olmalıyıq".

Yığmanın kapitanı və görüşdəki yeganə qolun müəllifi Milena Nikoliç isə qələbəyə layiq olduqlarını söyləyib:

"Kifayət qədər qol imkanları yaratsaq da, istifadə edə bilmədik. Rəqib qapıçı bir neçə epizodda yaxşı oynadı. Bütün komandanın mübarizəsi sonda nəticə verdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!