"Belə qələbələr nə qədər çox olsa, bir o qədər yaxşıdır"

24 Fevral 2022 11:20 Qadın futbolu 587
"Belə qələbələr nə qədər çox olsa, bir o qədər yaxşıdır"

"Bu cür qələbələr nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır".

Sportinfo.az xəbər verir ki, bunu fqadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Birləşmiş Ərəb Əmirliklərinə 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşü barədə danışarkən deyib.

Gənc mütəxəssis yığmanın ardıcıl 3 oyunda meydanı qələbə ilə tərk etdiyini xatırladıb:

“Təlim-məşq toplanışımız başa çatdı. Sevindirici haldır ki, bu hazırlıqdan maksimum istifadə edə bildik. İkinci oyunda əsasən az şans qazanan futbolçuları meydana buraxdım.

Komandanın oyunundan razı qaldım, hansısa futbolçunu xüsusi fərqləndirmək istəməzdim. Komandanın bütün üzvlərinə təşəkkür edirəm".

Azərbaycan yığması fevralın 20-də eyni rəqibi 4:0 hesabı ilə üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"