Yığmanın baş məşqçisi ərəb qızları ilə görüşdən sonra dedi ki...

23 Fevral 2022 02:20 Qadın futbolu 628
Yığmanın baş məşqçisi ərəb qızları ilə görüşdən sonra dedi ki...

Bakıda təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət milli yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşan yığmamız 4:0 hesablı qələbə qazanıb.

Peritan Bozdağın dubl etdiyi oyunda komandamızın digər qollarını penaltidən Kristina Bakaranadze və Vüsalə Seyfəddinova vurub.

Baş məşqçi Siyasət Əsgərov matç haqda açıqlama verib:

“Aprel ayında Bosniya və Herseqovina və Danimarkaya qarşı iki vacib oyunumuz var. UEFA-nın ayırdığı pəncərədən istifadə edərək, iki yoldaşlıq oyunu keçirmək istədik.

Oyun təcrübəsi qazanmaq baxımından bu oyunlar əhəmiyyət kəsb edir. Məqsədimiz rəsmi oyunlaradək tam hazır olmaqdır.

Bir həftədən çoxdur təlim-məşq toplanışına başlamışıq. Sevindirici haldır ki, milli üzvləri öz komandalarının heyətlərində mütəmadi oynayırlar, oyun təcrübəsi qazanırlar.

Düşünürəm ki, bu oyunlar qarşıdakı rəsmi qarşılaşmalarda bizə çox kömək edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti