Azərbaycan millisinin hücumçusu “Çelsi”nin maraq dairəsində

10 Fevral 2022 22:40 Qadın futbolu 2 155
Azərbaycan millisinin hücumçusu “Çelsi”nin maraq dairəsində

Azərbaycan yığmasının futbolçusu Şəkər Piriyeva karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu “Çelsi”nin maraq dairəsinə düşüb.

London klubu 16 yaşlı istedadı heyətində görmək istəyir. Böyük britaniyalılar “Gömrükçü”nün forvardının keçidini yaxın müddətdə həll etmək niyyətindədir.

Şəkər U-17-nin heyətində son seçmə mərhələdə 2 oyunda 2 qol vurub. O, U-17-lərin ölkə çempionatında bombardirlər yarışında ön sıralarda qərarlaşıb. Şəkər komandasının 7 matç keçirdiyi yarışda 24 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu