Qadınlardan ibarət U-21 milli komandamızın üzvü Manə Mollayeva karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, o, qonşu ölkənin yüksək liqasında çıxış edən "Kubanoçka"ya transfer olunub.
Bu barədə AFFA-nın "facebook"dakı rəsmi səhifəsi məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

