FIFA referisi siyahısından adı çıxarılan azərbaycanlı Rusiyaya köçdü

20 Dekabr 2021 23:00 Qadın futbolu 899
FIFA referisi siyahısından adı çıxarılan azərbaycanlı Rusiyaya köçdü

Azərbaycanlı qadın hakim Yuliya Qurbanovanın FIFA referiliyindən çıxarılmasının səbəbi bilinib.

Sportinfo.az xəbər verir ki, onun zədəsi olduğu üçün normativləri yerinə yetirə bilməyib.

Beləliklə, o, karyerasını başa vurmalı olub.

Lakin Yuliya Qurbanovunun özü saytımıza açıqlamasında bunu Azərbaycandan köçməsi ilə əlaqələndirib. O bildirib ki, artıq Rusiyanın paytaxtı Moskvaya köçüb və gələcək karyerasını bu ölkə ilə bağlı görür.

Futbolda 2022-ci il üçün FIFA referiləri kimi Azərbaycandan Əliyar Ağayev, Elçin Məsiyev və Rauf Cabbarovun olması təsdiqlənib (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti