"Mən dediyini sübut edib, daha sonra danışmağı sevirəm"

13 Dekabr 2021 01:50 Qadın futbolu 482
"Mən dediyini sübut edib, daha sonra danışmağı sevirəm"

Sportinfo.az qadınlardan ibarət millimizin kapitanı, "Krasnodar"ın futbolçusu Sevinc Cəfərzadənin müsahibəsini təqdim edir:
- Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsində ilk qələbəsini Monteneqro üzərində qazandı. Necə alındı ki, qalib gəldiniz?
- Monteneqro ilə matç bizim üçün dönüş nöqtəsi idi. Bunu hər birimiz anlayırdıq. İçimizdə revanş hissi var idi. Şadam ki, qələbə qazandıq. Buna layiq idik.
- Bu oyuna qədər qrupdakı bütün oyunları məğlub başa vurmuşdunuz. İnam qalmışdı, yoxsa inamsızlıq hökm sürürdü?
- İdmanda xaraktersizlərə yer yoxdu. Uduza da bilərsən, udmaq da mümkündü. sona qədər inanmaq, əzmkarlıq göstərmək lazımdı. Qələbə qazanacağımıza inanırdıq. Öz oyunumuzu göstərməliydik. Oyunumuzun nə dərəcədə alınıb-alınmadığını analiz edəcəyik. Əsas qələbə idi, onu da qazandıq.
- Milliyə uzun müddət sonra qayıtdın və komanda qələbə qazandı. Bundan sonra milliyə dəvət edilməyində fasilə olmayacaqki?
- Şadam ki, milliyə dönüşüm uğurlu alındı və qələbədə pay sahibi oldum. Millidə oynamaq mənim üçün şərəfdi. Bura mənim vətənimdi. Bəzi məsələlər həllini tapmaq üzrədi və gələcək müsbətə doğru dəyişəcəyinə ümid edirəm.
- Monteneqro qələbəsi millimizin bu tsikldə görəcəyi son qələbə idi, yoxsa olacaq səncə qələbə?
- Əslində, qələbə çoxdan gəlməli idi. İnanıram ki, qələbəmiz yenə olacaq. Çəkdiyimiz əziyyətlərə borcluyuq. Mən sadəcə dediyini sübut edib, daha sonra danışmağı sevirəm. Bosniya və Herseqovina, Malta oyunlarından maksimum xal götürsək turnir cədvəlində yerimizi yaxşılaşdıra bilərik.
- "Krasnodar"da oynayırsan. Necə düşünürsən, nə vaxtsa kişi futbolçularımızdan hansısa “Krasnodar”ın əsas komandasına transfer edilmək şansı ola bilər?
- "Krasnodar" böyük komandadı. Həm baza, həm yaradılan şərait futbolçunun inkişaf etməsi üçün əlverişlidi. Hansı şərait istəsəniz var. Çox istəyərdim ki, bizim futbolçulardan da hansısa orada oynasın. Bunun üçün "Krasnodar"ın da həmin futbolçuya marağı olmalıdı. "Sabah"ın baş məşqçisi Murad Musayev çox yaxşı məşqçidi. Bildiyiniz kimi "Krasnodar"ı Çempionlar Liqasına çıxarmış biridi. Onu "Krasnodar"da və şəhərdə hər kəs sevir. Kim bilir ki, bəlkə Musayev "Krasnodar"a baş məşqçi kimi qayıdar, Azərbaycanda bəyəndiyi futbolçuları da kluba dəvət edər (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!