Azərbaycanın Avropa çempionatında rəqibləri

10 Dekabr 2021 01:10 Qadın futbolu 473
Azərbaycanın Avropa çempionatında rəqibləri

19 yaşadək qız futbolçular arasında Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının rəqibləri bəlli olub.

Əvvəlki mərhələdə A liqasında qrup sonuncusu olan millimiz bu dəfə B liqasında qüvvəsini sınayacaq.

Püşk komandanı 1-ci qrupa salıb. Yığmamızın B-1 qrupunda rəqibləri Şimali İrlandiya, Farer adaları və Malta olacaq.

Mllimiz I mərhələdə A-7 qrupunda Norveçə 0:7, İtaliyaya 0:9, Polşaya 0:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti