Azərbaycanın AÇ-2023-də rəqibləri - Albaniya, Şotlandiya, Şimali Makedoniya

9 Dekabr 2021 23:00 Qadın futbolu 743
Azərbaycanın AÇ-2023-də rəqibləri - Albaniya, Şotlandiya, Şimali Makedoniya

İsveçrənin Nyon şəhərində 17 yaşadək qadınlardan ibarət komandalar arasında 2023-cü il Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, reytinqə əsasən B liqasında qərarlaşan Azərbaycan millisi 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya komandaları ilə A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Bu qrupun oyunları 2022-ci il 8 - 14 martda Albaniyada keçiriləcək.

Avropa çempionatının final mərhələsi 2023-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti