Azərbaycanlı qızlar da qazandı - Dünya çempionatında

1 Dekabr 2021 00:30 Qadın futbolu 624
Azərbaycanlı qızlar da qazandı - Dünya çempionatında

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız Bakıda Monteneqro yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da baş tutacaq qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edib. Oyun millimizin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Bu, Azərbaycan yığmasının seçmə mərhələdəki ilk qələbəsidir.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki beş oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu.

DÇ-2023-ün seçmə mərhələsi / E qrupu

Azərbaycan – Monteneqro 1:0

Qol: Ayşən Əhmədova, 24.

Hakimlər: Emanuela Rusta, Erinda Kume, Miryeta Salla, Soada Tuşay (hamısı Albaniya).

Bakı. “Dalğa Arena”.

Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 4, Malta – 4, Azərbaycan – 3.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”