Yığmamız rus qızlarına Bakıda böyük hesabla uduzdu

26 Noyabr 2021 00:30 Qadın futbolu 499
Yığmamız rus qızlarına Bakıda böyük hesabla uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız DÇ-2023-ün seçmə mərhələsində 5-ci matçına çıxıb.

Yığmamız öz meydanında Rusiya ilə qarşılaşıb. Bunadək keçirdiyi bütün görüşlərdə uduzan komandamız bu dəfə də meydandan xalsız ayrılıb.

“Dalğa Arena”dakı qarşılaşmanın taleyi ilk yarıda həll olunub. Fasiləyədək üç cavabsız qol vuran qonaqlar ikinci hissədə üstünlüyünü 4 topa çatdırıblar.

Millimiz noyabrın 30-da Monteneqro ilə ev oyununa çıxacaq.

E qrupu
Azərbaycan – Rusiya – 0:4
Qollar:
Marina Fyodorova, 16, Alsu Abdulina, 26, Alyona Andreyeva, 43, Marqarita Çernomırdına, 90+5

Hakimlər: İonela Alina Peşu, Petruta Klaudia Yuqulesku, Mihaela Elena Tepusa, Kristina Mariana Trandafir (hamısı Rumıniya).
Bakı. “Dalğa Arena”.

1

Danimarka

5

5

0

0

31-1

15

2

Rusiya

5

5

0

0

18-0

15

3

Monteneqro

4

2

0

2

6-12

6

4

Malta

4

1

1

5

4-13

4

5

Bosniya və H.

5

0

1

4

4-20

1

6

Azərbaycan

5

0

0

5

1-18

0

Digər Xəbərlər
Xəbər Lenti