Azərbaycan yığmasının növbəti 2 oyununu kimlər idarə edəcək?

18 Noyabr 2021 02:10 Qadın futbolu 434
Azərbaycan yığmasının növbəti 2 oyununu kimlər idarə edəcək?

Qadınlardan ibarət Azərbaycan yığma komandasının DÇ-2023-ün seçmə mərhələsinin Bakıda Rusiya (25 noyabr) və Monteneqroya (30 noyabr) qarşı keçirəcəyi oyunun hakimləri dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın Rusiya ilə oyununu Rumıniyadan olan hakimlər idarə edəcək.

Belə ki, Alina Peş baş hakim, Petruça Yuqulesku və Mixael Çepuşe isə köməkçiləridi. 4-cü hakim isə Kristian Trandafirdi.

Monteneqro ilə görüşümüzü isə albaniyalılar idarə edəcək. Belə ki, baş hakim Emanuela Rusta, köməkçiləri isə Erinde Kume və Miryeta Salladı.

Qarşılaşmanın 4-cü hakim isə Soada Tuşaydı. Hakimlər briqadası Albaniyanı təmsil edir. Millimizin hər 2 oyunu “Dalğa Arena”da keçiriləcək.

​Rusiya ilə matçımız 18:00, Monteneqro oyunu iəs 19:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti