Azərbaycan millisi Bakıda Maltaya da uduzdu

26 Oktyabr 2021 22:40 Qadın futbolu 863
Azərbaycan millisi Bakıda Maltaya da uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda IV turda Maltanı qəbul edib.

"ASK Arena"dakı qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolları 57-ci dəqiqədə Dorianne Teuma və 86-cı dəqiqədə Emma Şereb vurub. Azərbaycan millisinin heyətində isə 90-cı dəqiqədə Vüsalə Seyfəddinova fərqlənib.

4 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu - 6-cı pillədə qərarlaşıb. Malta isə 4 xalla dördüncüdür.

Azərbaycan növbəti matçını noyabrın 25-də Bakıda Rusiya yığmasına qarşı keçirəcək.

Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi üç oyundan da məğlubiyyətlə ayrılmışdı. Yığmamız Rusiyaya (0:2), Monteneqroya (0:2) və Danimarkaya (0:8) hesabıyla məğlub olmuşdu.

DÇ-2023-ün seçmə mərhələsi / E qrupu
26 oktyabr

Azərbaycan – Malta 1:2
Qol: Vüsalə Seyfəddinova, 90 – Dorianne Teuma, 57-pen. Emma Xuereb, 86.
Baş hakim: Reka Molnar (Macarıstan)
Bakı. “ASK Arena”.

Xal durumu: Rusiya – 12, Danimarka – 9, Monteneqro – 6, Malta – 4, Bosniya və Herseqovina – 1, Azərbaycan – 0.

Digər Xəbərlər
Xəbər Lenti