Millimiz qara gündə - İtaliyaya biabırçı hesabla uduzdu

23 Oktyabr 2021 20:20 Qadın futbolu 755
Millimiz qara gündə - İtaliyaya biabırçı hesabla uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, milli komanda səfərdə italiyalı yaşıdları ilə qarşılaşıb və məğlub olub - 0:9.

Azərbaycan millisi ilk oyunda Norveçə 0:7 hesabı ilə uduzmuşdu.

23 oktyabr

İtaliya (U-19) – Azərbaycan (U-19) 9:0

Baş hakim: Teresa Alise Pimenta Oliveira (Portuqaliya)
Baş hakimin köməkçiləri: Sara Diana Pereira Alves (Portuqaliya), Viktoriya Finlay (Şimali İrlandiya)
Dördüncü hakim: Luise Tompson (Şimali İrlandiya).

Yığmamız yer aldığı 7-ci qrupda son oyununu oktyabrın 26-da Polşaya qarşı keçirəcək.

1

İtaliya

2

2

0

0

13-0

6

2

Norveç

1

1

0

0

7-0

3

3

Polşa

1

0

0

1

0-4

0

4

Azərbaycan

2

0

0

2

0-16

0

Digər Xəbərlər
Xəbər Lenti