Azərbaycanın baş məşqçisi: "Planda belə bir məğlubiyyət yox idi"

22 Oktyabr 00:40 Qadın futbolu 300
Azərbaycanın baş məşqçisi: "Planda belə bir məğlubiyyət yox idi"

"İki fərqli hissə oynadıq. Birinci hissənin əvvəlində səhv etdik və rəqib bundan istifadə edib qol vurdu.

Qoldan sonra toparlanmağa başladıq və çalışdıq ki, fərqlənək. Təəssüf ki, alınmadı".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis ikinci hissədə sistemdə bəzi dəyişikliklər etdiklərini bildirib: "Rəqibi meydançada sıxmağa başladıq ki, müdafiədən çıxa bilməsin.

İkinci hissəyə çox yaxşı başlamışdıq, qol vurmaq üçün imkanlarımız oldu. Lakin bu şanslardan istifadə edə bilmədik.

Məğlub olmamaq üçün komanda irəli atılmışdı. Təəssüf ki, ikinci qolu buraxdıq. Planda belə bir məğlubiyyət yox idi, buraya xal almağa gəlmişdik".

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 03:00 AFFA-nın yeni qərarları
27 Noyabr 02:30 Koronavirusun yeni ştamı
27 Noyabr 01:10 4 cavabsız qol - VİDEO