Azərbaycan yığması - 7 qız istərəm, 7 qol yox

21 Oktyabr 2021 09:00 Qadın futbolu 469
Azərbaycan yığması - 7 qız istərəm, 7 qol yox

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız İtaliyada norveçli həmyaşıdları ilə qarşılaşıb.

Artıq birinci dəqiqədə millimizin hesabda geri düşdüyü görüş Norveçin 7:0 hesablı qələbəsi ilə başa açtıb.

Təmsilçilərimiz elə 1-ci dəqiqədə qapsında qol görüb. Sinne Amdahl Brønstad komandamızı erkən cəzalandırıb.

O, 26-cı dəqiqədə fərqi iki topa çatdırıb. Katinka Çesile Fris Tandberq 35-ci dəqiqədə adını tabloya yazdırıb.

Kristina Svandal 74 və 80-cı dəqiqələrdə dubla imza atıbsa, Yulie Aune Jorde 80 və İris Omarsdottir 83-cü dəqiqələrdə fərqlənib.

Komandamız oktyabrın 23-də İtaliya, 26-da isə Polşa ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"