“Azərbaycan millisini çox qaçmağa məcbur etdik və onları yorduq"

22 Sentyabr 2021 11:00 Qadın futbolu 977
“Azərbaycan millisini çox qaçmağa məcbur etdik və onları yorduq"

Qadın futbolçulardan ibarət Danimarkanın baş məşqçisi Lars Sonderqaard DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 8:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Topa daha çox nəzarət edərək öz oyunumuzu oynadıq. Azərbaycan millisini çox qaçmağa məcbur etdik və sonda onları yorduq.

Oyun ərzində baxımlı qollar vurmağı bacardıq. Əlbəttə, nəticə və oyun bizi tam məmnun edir. Rəqib böyük hesabla məğlub olsa da, sonadək mübarizə apardı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!