"Yanvarda oynayacaq və bizim cokerimiz ola bilər, mən ona inanıram”

21 Dekabr 2016 00:08 Qadın futbolu 999
"Yanvarda oynayacaq və bizim cokerimiz ola bilər, mən ona inanıram”

“Lester”in baş məşqçisi Klaudio Ranyeri komandanın hücumçusu Ahmed Musa barədə danışıb. Sportinfo.az xəbər verir ki, Ranyeri yanvar ayında İngiltərə Premeyer Liqasında həlledici dönəmin olacağını deyib. Həmin vaxt bir çox futbolçular Afrika Millətlər Kubokuna yollanacaqlar. Ranyeri hesab edir ki, Musa yanvarda komandanın cokeri ola bilər:

“Biz İngiltərə futbolunda həlledici dönəmə yaxınlaşırıq. Yanvarda Mareza və Slimaninin xidmətlərindən yararlana bilməyəcəyik. Onlar Afrika Millətlər Kubokuna yollanacaqlar. Nigeriya final mərhələsinə vəsiqə əldə edə bilmədiyi üçün Musa bizimlə qalacaq. O, yüksək səviyyəli futbolçudu. Yanvarda o, oynayacaq və bizim cokerimiz ola bilər. Mən ona inanıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!