Çin və Sinqapur alimləri yeni virus aşkar ediblər- TƏHLÜKƏ

9 Avqust 2022 03:00 Problem 1 185
Çin və Sinqapur alimləri yeni virus aşkar ediblər- TƏHLÜKƏ

Çin və Sinqapur alimləri insan və heyvanları yoluxdura bilən henipavirusun əvvəllər məlum olmayan növünü aşkar ediblər.

Bu barədə Çinin “Pengpai” portalı məlumat yayıb.

Yeni patogen “Lanye” virusu adlandırılıb. Ümumilikdə, ekspertlərin hesablamalarına görə, Şandun və Henan əyalətlərində 35 nəfər buna yoluxub. İnfeksiya zamanı ən çox görülən simptomlar öskürək, qızdırma, zəiflik, əzələ ağrısı, ürəkbulanma və baş ağrısıdır. İndiyədək yoluxanlar arasında heç bir əlaqə aşkar edilməyib və onların yaxınlarında xəstəlik əlamətləri yoxdur. Bu da virusun insandan insana ötürülməsinin qeyri-mümkün olduğuna ümid etməyə imkan verir. Ümumiyyətlə, patogen “Nipah” virusuna bənzəyir, lakin “Lanye” virusunun ölümə yol açdığı ilə bağlı fakt aşkar edilməyib.

“Lanye” virusunun genomu 18402 nukleotiddən ibarətdir. O, alimlərə məlum olan digər beş henipavirusa bənzəyir və ilk dəfə Çinin cənubundakı Yunnan əyalətində aşkar edilmiş “Mojiang” virusuna da çox bənzəyir. Virusun təbii daşıyıcıları ən çox (27%) siçanlara bənzəyən məməlilərdir. Onlardan əlavə, bəzi it və keçilərdə virusa qarşı anticisimlər aşkar edilib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır