Mahirin vəkili sözünü dandı və üzr istədi: "Onları ittiham etməmişəm”

21 Yanvar 2022 23:00 Problem 1 134
Mahirin vəkili sözünü dandı və üzr istədi: "Onları ittiham etməmişəm”

Bir həftə əvvəl Mahir Emrelinin vəkili klub və azarkeşlər arasında baş verən hadisələrlə bağlı kifayət qədər qalmaqallı müsahibə vermişdi.

Sportinfo.az xəbər verir ki, bu gün Anıl Dinçer əvvəlki sözlərindən geri çəkildiyi bəyanatla çıxış edib.

"Mahir Emrelinin vəkili kimi mediada son vaxtlar fəaliyyətimlə bağlı yaranmış anlaşılmazlıqlara və qeyri-müəyyənliklərə aydınlıq gətirmək istərdim.

Müsahibimin razılığı və təşviqi ilə Azərbaycan və Polşa media kanallarına müsahibə verdim.

Bu, 12-13 yanvar 2022-ci il tarixlərində baş verib. Söhbətin mövzusu "Legiya Varşava" ilə Emreli arasında mövcud mübahisə məsələsi, xüsusən də 12 dekabr 2021-ci il tarixində yolda baş verən insident olub.

Azarkeşlərlə bağlı insidentin “Legiya Varşava” klubunun nəzarəti altında və ya günahı ucbatından baş verdiyinə heç vaxt əsas vermək istəməmişəm.

Bunun heç bir sübutu yoxdur. Mən heç vaxt polşalıları və ya "Legiya Varşava" klubunu irqçilikdə və ya erməni vətəndaşlarının təsiri altına düşən cinayətkarlarla əməkdaşlıqda ittiham etməmişəm.

Təəssüf ki, bu müsahibədəki sözlərim media tərəfindən təhrif edilmiş, anlaşılmazlıqlara, neqativ assosiasiyalara səbəb olub.

Polşalı dostlar və əməkdaşlarla birlikdə ictimaiyyətə düzgün məlumat vermək və anlaşılmazlıqları aradan qaldırmaq məcburiyyətindəyəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"