"Əsas məsələ Azərbaycanla Ermənistan arasında..."

21 Aprel 2021 10:30 Problem 3 120
"Əsas məsələ Azərbaycanla Ermənistan arasında..."

"Əsas məsələ Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaradılmasıdır".

Sportinfo.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı deyib.

"Biz artıq ölkələrdən danışmamalıyıq, ölkələrlə danışmalıyıq. Dialoq qurmaq bizim təşkilatın əsas missiyalarındandır. Qarabağ məsələsində də bu dialoqu yaratmaq çox vacibdir. Biz əlimizdən gələni etdik ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Lakin müharibə başladı və artıq atəşkəs əldə olunub. İndi əsas məsələ davamlı sülhün yaradılmasıdır. Bunun üçün inam, xüsusilə qarşılıqlı inamın yaranması vacibdir. Təəssüf ki, hələlik bu qarşılıqlı inamın yaranması üçün əngəl olan bir sıra bəyanatlar hələ də eşidilir. Biz öz tərəfimizdən atəşkəs əldə olunduqdan sonra həm Bakıda, həm də Yerevanda olduq, hər iki tərəflə dialoq qurmağa nail olduq. Bu görüşlər uğurlu oldu. Bu gün bizim hər iki tərəfə davamlı sülhün əldə olunması üçün bir sıra təkliflərimiz hazırdır", - o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti