Turinə nəinki qələbə, hətta 1 xal ümidi ilə yollanmadığımız oyunun ilk dəqiqələrindən özünü bəlli etdi.
Cidanı çuvalda çox gizlətmək olmz:
Canni de Byazi bu dəfə minimalhesablı məğlubiyyəti arzulayırdı və niyyəti nə idisə, ona da çatdı.
«Müdafiədə yaxşı oynadıq», «avtoqolla uduzduq» kimi ikirlər çıxır qarşıma. Bunu deyənlərə statistikanı açıb baxmağı məsləhət görərdim.
Gözlərinin pası o zaman töküləcək. Və görəcəklər ki, Portuqaltyanın 29 zərbə cəhdi olub ki, onun 15-də komanda çərçivəyə düşüb.
Əvəzində yığmamız 90 dəqiqə ərzində rəqibin qapıçısını 1 dəfə də olsun narahat edə bilməyib.
Yaxşı ki, «Şah»ımız var. Nə yaxşı kimi, Qurban Qurbanov var və o, milliyə bu formanı geyinməyə layiq ilk milliləşdirilmiş qapıçı hazırlayıb. Son gəlib-getmişlər arasında Şahruddinin yeri başqadır, bambaşqa.
Qalanları «Şah»ın yanında yalandır, yalançıdır, əlinə su belə tökməyə yararsızdır.
Nə yeyib meydana çıxmışdı, bilmirəm, yanında olmamışam, gördüyüm bu oldu ki, komandanı tam tərkibdə müdafiəyə çəkən De Byazinin yanlış yol seçməsini məhz «Şah» ört-basdır elədi. Bir-birindən kritik qurtarışları ilə.
«Komandamız 5 qəpiklik futbol oynadı» fikrinə qaatılmıram. Gəlin, qəpiyi dilə-dişə salmayaq, onu incitməyək. Beş qəpik yaxşdır,
Turində nümmayiş etdirdiyimiz oyun nə idisə, yüzdə-yüz futbol deyildi. Üç ardıcıl ötürmə verə, rəqib qapıçısını 90 dəqiqə ərzində bir dəfə oyuna qoşa, «çərçivə»ni tutan bir dəqiq zərbə vura bilməyən komandadan danışırıq e, biz!
Bunun harası futbol, harası alqışlanasıdır..?
Kəm-kəm iddialar sürənlər var ki, ikinci hissədə ortam dəyişdi, rəqibə dirəndik, onlara daha çox dəriniş göstərdik. Puah… Biz onda başqa oyuna baxmışıq, gördüyümüz bu olmayıb…
Temp verməyən, sanki məşqə çıxıbmış kimi formalarını yüngülcə isladan portuqaliyalı futbolçulara nə etdik ki, guya? Bir alababat əks-hücumumuz da olmadı ki, deyəsən, hə.
Cərimə meydançamızın ətrafında yorğan-döşək salan nominal ev sahiblərinin hesabda fərqə getməsinin önünü enində sonunda yenə «Şah» kəsirdi, başqa kimin adını çəkmək olar ki? Heç kimin!
Topu qapı həndəvərindən uzaqlaşdırmaq üçün əlləşən 10 nəfərin başqa bir şey barədə düşünmədiyini təəssüf hissi ilə müşahidə elədik.
De Byaziyə «xilaskar» libasını geyindirənlər məntiqdən uzaq «məğlubiyyətdən məğlubiyyətə fərq var» fikrinin arxasınca gedənlərdir.
İtalyan modelinə sadiq qalan baş məşqçinin bu fəlsəfə ilə millini bir düzənə gətirəcəyinə, bir müddət sonra uğurlu qrafik cızacağına 1 qram da inanmıram. Bu, mümkün/real deyil. Ümidverici nəsə olmalıdır - hanı o? Haradadır? Necə görürsüz onu?
Mənə futbolçuların yaşını göstərməyin, komanda oyununu göstərin. De Byazi Nikola Yurçeviçin bir qədər inkişaf etmiş variantıdır. İkisi də minimalhesablı məğlubiyyəti işə yarayan kimi qəbul edən tipdir. Bunu bizlərdən birilərinin də qəbul etməsini və ya qəbul etdirməsini görmək üzücüdür.
«Şah»ın fədakarlığını De Byazinin aktivinə yazmaq axmaqlıqdır! Bu baş məşqçinin danışmağı var: onun gördüyü işi bir «bomj» da görər.
«Şah»ın ideal performans sərgiləməyə davam eləməsini ondan çox arzulayan yoxdur. «Qarabağ»lı qapıçı Millətlər Liqasında da italyanı biabıır olmaqdan az xilas etməmişdi, indi də etməkdədir.
Xəzər Hikmət

