Arutyunyanı Şuşadan qovduq, Xankəndindən də qovacağıq

23 Fevral 10:50 Problem 9 373
Arutyunyanı Şuşadan qovduq, Xankəndindən də qovacağıq

“DQR”in qondarma lideri Araik Arutyunyanın Xankəndində Rusiya sülhməramlılarından dəstək alaraq bədnam "Miatsum” hərəkatının 33 illiyi münasibəti ilə “təntənəli mərasim” təşkil etməsi Azərbaycanda çoxlarını qəzəbləndirib.

Ancaq nahaq yerə. 2020-ci ilin mayında qondarma “prezident” seçilən Araik Arutyunyan Azərbaycan xalqını təhqir edərək özünün qondarma “inauqurasiya” mərasimini qədim Şuşada keçirdi. Heç ili çıxmayıb da.

İndi İlham Əliyev Qarabağı az qala qarış-qarış gəzir, Şuşada dolaşır, özü də yerlərin gerçək sahibi kimi.

Miatsum

Araik Arutyunyan deyirdi ki, biz Dağlıq Qarabağın paytaxtını Stepanakertdən (Xankəndi) Şuşaya köçürməliyik. Nə oldu? Köçürə bildimi?

Miatsum

Azərbaycan Ordusu onun Şuşada “andiçmə mərasimi” keçirdiyi binanı darmadağın etmədimi?

O vaxt Ali Baş komandan xalqa müraciətində belə demişdi: “Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək?! Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!”.

Miatsum

Bəli, indi Araik Arutyunyan Rusiyanın dəstəyi ilə ortaya çıxıb. Ancaq sabah yenə siçan kimi qaçıb gizlənəcək.

Rahat olun. Bu məsələ bitib. Dağlıq Qarabağın müstəqil dövlət olması üçün Azərbaycanda gərək xalq parçalana və ən azı vətəndaş müharibəsi olma... Əlbəttə, nəzəri baxımdan hər şey mümkündür. Ancaq mən belə şeylərə inanmıram. Vətən müharibəsində birləşərək dəmir yumruğa çevrilən bu xalq ermənilər üzərində möhtəşəm qələbə eldə edib. Ən azı bu amil bu millətin parçalanması ehtimalını sıfırın altına salır.

Ali Baş komandan ile ilgili görsel sonucu

Biz sadəcə ermənilərəmi qalib gəldik? Məncə, bu qələbənin miqyası çoxlarının düşündüyündən qat-qat böyükdür. Sirr deyil ki, ATƏT-ın Minsk qrupuna həmsədrlik edən ölkələr Ermənistanın yanında idi. Elə bugünlərdə Azərbaycan prezidenti bu məsələni açıq mətnlə dilə gətirdi. Ermənistan mətbuatı da İlham Əliyevin həmin fikrinə diqqət etmişdi: "Danışıqlar zamanı ermənilər heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmədilər. Tərəflər arasında razılığın əldə olunmamasının əsas səbəbi bununla bağlı idi. Təəssüf ki, Ermənistan və onun bir neçə xarici sponsoru beş rayonu Azərbaycana qaytarmağa can atırdılar. Onların fikrinə görə, Azərbaycan bununla razı qalırdı, Dağlıq Qarabağ müstəqillik qazanırdı, Kəlbəcər və Laçın rayonları isə əbədi olaraq Ermənistanın nəzarəti altına düşürdü, amma mən bu təklifi rədd etdim".

Kəlbəcər və Laçın rayonları ile ilgili görsel sonucu

“Ermənistan və onun bir neçə xarici sponsoru” nə deməkdir? Ən azı o deməkdir ki, bu planı bir yox, iki dövlət (təbii ki, söhbət xüsusi çəkisi olan dövlətdən gedir, daha dəqiq desək, söhbət ATƏT-in Minsk qrupuna daxil olan ölkələrdən gedir) dəstəkləyib. Yəni, onlar Azərbaycana təzyiq ediblər ki, Kəlbəcər və Laçını Ermənistana verin, üstəlik Dağlıq Qarabağ da müstəqil dövlət olmalıdır.
Şübhəsiz ki, bu plana dəstək verən ölkələrdən biri Fransadır. İkincisi hansıdır? ABŞ, yoxsa Rusiya? Aydındır ki, belə şeyləri prezident deyə bilməz və deməməlidir. Şəxsən mən əminəm ki, ABŞ və Rusiya da Ermənistana ciddi şəkildə dəstək veriblər. Diqqət edin: ABŞ, Rusiya və Fransa. Bu dövlətlərin hər biri dünyada erməni diasporunun ən güclü olduğu ölkələrdir. Düşünmürəm ki, erməni diasporunun bu qədər güclü olduğu bu 3 ölkə tam təsadüf nəticəsində ATƏT-in Minsk qrupunda real söz sahibinə çevrilib. Hələ bu da hamısı deyil. Şiə birliyindən dəm vuran İran iqtidarları necə, Ermənistana ABŞ, Rusiya və Fransadan azmı yarım ediblər? Ermənilər dönə-dönə yazırlar ki, dünyada Ermənistana ən çox kömək edən ölkə məhz İran olub.

Azərbaycan  Türkiyə, Pakistan və İsrail ile ilgili görsel sonucu

Azərbaycan nə etdi? Türkiyə, Pakistan və İsraili yanına alan rəsmi Bakı hərəkətə keçdi və 44 günə işğal altında olan ərazilərin dörddə üçünü azad etdi. Müharibə 2-3 gün də uzansa idi günün günorta çağı əlimizə çıraq alıb bütün Qarabağı dolansaydıq belə yenə bir erməni tapa bilməzdik. Azərbaycanın Ermənistan üzərində əzici üstünlüyünü bütün dünya gördü.

Azərbaycan Ermənistana yerini tanıtmaq üçün ABŞ, Rusiya, Fransa, İran... kimi ölkələri neçə susdurdu? Bu kimi suallara tarix nə vaxtsa cavab verəcək.

Mənim bildiyim odur ki, sənin nə bilməyin və nə qədər bilməyin o qədər də önəmli deyil. Önəmli olan odur ki, sən malik olduğun bilgilərdən hədəfinə çatmaq üçün neçə istifadə edirsən. Bu mənada İlham Əliyev həm Ali Baş komandan, həm də prezident kimi mükəmməl perfomas göstərdi. O, ekstremal situasiyada bilgisayar kimi dəqiq işlədi və öz hədəfinə çatdı.

Dağlıq Qarabağda belə tədbirlər 36-cı, 37-ci dəfə də keçirilə bilər. Ancaq ondan o yana keçməyəcək. Həm də bu, nəyisə dəyişmir.
Azərbaycan və Türkiyə birləşərək erməni problemini birdəfəlik həll edib. Bu iki qardaş ölkə bütün təhlükələrə rəğmən Qərbin, Rusiyanın və İranın iradəsinə qarşı çıxdı və müharibə meydanında erməniləri diz çökməyə vadar etdi.

2016-cı il. Aprelin ikisi. Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu Lələtəpəni erməni işğalından azad etdi. O vaxt bəlli güclər, xüsusən Rusiya Azərbaycana öz torpaqlarını erməni işğalından sona qədər azad etməyə imkan vermədi. Onda da Azərbaycan müharibəyə hazır idi. Ümumiyyətlə, İlham Əliyev müharibə ilə bağlı qərarı xeyli əvvəl vermişdi.

2008-ci ilin noyabrında Rusiya prezidenti Dmitri Medvedevın vasitəçiliyi ilə Ermənistan (3-cü prezident Serj Sarkisyan (2008–2018)) və Azərbaycan prezidentləri Mayendorf bəyannaməsinə imza atdılar. Sənəddə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının vacibliyi vurğulanırdı. Az sonra İlham Əliyev belə bir bəyanatla çıxış etdi: “Problemin sülh yolu ilə həllinə ümid edirik, eyni zamanda digər variantlara da həmişə hazır olmalıyıq, bu baxımdan müharibə variantı da istisna deyil və heç vaxt da istisna olmayıb”.

İlham Əliyev ile ilgili görsel sonucu

Obrazlı şəkildə desək, müharibədən sonra coğrafi anlamda Dağlıq Qarabağ Azərbaycanın ovcunun içinə düşüb. Yəni, ovcumuzu yumsaq Dağlıq Qarabağ yoxdur.

Ancaq bölgədə proseslər tamam fərqli məcrada inkişaf etməkdədir. Tezliklə Ermənistanla Azərbaycan və Türkiyə arasında bloklanmış bütün kommunikasiya xətləri yenidən açılacaq. Mövcud olan dəmir yolu, hava və quru yollarına yeniləri əlavə olunacaq.

Kommunikasıyalar açıldıqdan sonra isə Dağlıq Qarabağda da ciddi dəyişikliklər baş verəcək. Belə ki, Ermənistandan və Dağlıq Qarabağdan erməni köçü başlayacaq. Bu köç əslində başlayıb. Sadəcə, korona təhlükəsi bu prosesin vüsət almasına imkan vermir.

Ümumiyyətlə, son 30 ildə Ermənistan Dağlıq Qarabağın girovuna çevrilmişdi. Elə Dağlıq Qarabağın da güdazına getdi. Artıq Ermənistanda xalq bu girovluqdan qurtulmaq istəyir. İstəyir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri olsun. Bu əhval-ruhiyyədən doğan fikirlər artıq Qərb mətbuatında da özünü göstərir. Nüfuzlu “opendemocracy.net” saytı Mehridə söhbət etdiyi iki erməninin fikrinə yer ayırıb. Kafe sahibi olan Sarkisyan adlı erməni deyir: ”Siz panika salmalı deyilsiz, əksinə, səbirli olmalısız. Sərhədin o tərəfində yaşayanları da başa düməyə çalışmalısız”.

Shukhnukh residents protesting.jpg

Hoteldə menecer işləyən Hayrapetyan da oxşar fikirdədir: "Müharibə siyasi elitanın problemidir. Biz ermənilər öz uşaqlarımıza görə, azərbaycanlılar da öz uşaqlarına görə narahatdırlar. Mən mühəndis olmuşam, azərilərlə bir yerdə işləmişəm. İrəvandan olan ermənilər də Rusiyada azərilərlə birlikdə çalışırlar. Biz öz qonşularımızla birgə, özü də sülh şəraitində yaşamlıyıq. 30 ildir ki, qonşumuzla gərginlik içindəyik. Bundan sonra daha bir 30 il belə gərginlik içində yaşamaq istəmirik".

Erməni ictimai fikrində bu yanaşma getdikcə daha çox tərəfdar qazanır. Ona görə də Ermənistanın keçmiş baş naziri, müxalifətin vahid namizədi 75 yaşlı Vazgen Manukyan İrəvanda kütləni hərəkətə gətirib Nikol Paşinyanı devirə bilmir. Co Bayden iqtidara gələndən sonra Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq heç nəzəri baxımdan da mümkün deyil.

Biz də Azərbaycan olaraq Nikol Paşinyanın iqtidarda qalmasına çalışmalıyıq. İlham Əliyev hazırda az qala açıq mətnlə onu müdafiə edir. Paşinyan Ermənistanda Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasını təmin edə biləcək yeganə siyasi liderdir. Onu devirmək istəyənlər isə Rusiyanın əli ilə Azərbaycan və Türkiyədən qisas almaq xəyalı ilə yaşayanlardır.

Deyir ki, ölünü özbaşına qoysan kəfənini yarıb, çıxar.

Əlbəttə, “DQR”in qondarma lideri Araik Arutyunyanın törətdiyi bu kimi provokasiyaların üstündən sükutla keçmək də olmaz. Bu hərəkə müvafiq cavab verilməlidir. Əminəm ki, dövlət baba bu işin öhdəsindən ləyaqətlə gələcək. Bu cavab bir az gecikə bilər. Ancaq o cavab mütləq olacaq...

Elbəyi Həsənli

Xəbər Lenti
5 Mart 10:20 Divizionda təyinatlar