
"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Turan Manafovun Premyer Liqanın 4-cü turunda "Sumqatyıt"ın qapısına vurduğu qol çempionatda avqust ayının ən yaxşı qolu seçilib.
Sportinfo.az xəbər verir ki, o, Premyer Liqanın 6-cı turunda "Neftçi" ilə görüşdən əvvəl bu münasibətlə mükafatlandırılıb.
Mükafatı ona Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.