Premyer Liqada oynamağı özünə yaraşdırmayanlar - ADLAR

26 Mart 2020 13:54 Premyerliqa 1 193
Premyer Liqada oynamağı özünə yaraşdırmayanlar - ADLAR

Azərbaycan çempionatlarında ən az legionerlə təmsil olunan ölkələrin siyahısı bəllidir.

Sportinfo.az-ın məlumatına görə, geridə qalan 28 ildə 26 ölkədən cəmi 1 futbolçu Premyer Liqamızda çıxış edib.

Həmin siyahı ilə oxucularımı tanış edirik: Anqola, Avstraliya, Botsvana, Cənubi Koreya, Çin, Dominikan Respublikası, Əlcəzair, İngiltərə, İrlandiya, Islandiya, İtaliya, Kabo Verde, Kipr, Kurasao, Malavi, MAR, Mozambik, Niger, Norveç, Peru, Qambiya, Qazaxıstan, Qvineya-Bissau, Salvador, Surinam, Uqanda.

Bəs Azərbaycan çempionatlarında indiyədək ən çox hansı ölkələrin futbolçuları çıxış edib?

Buradan məlum olur ki, cari mövsüm də daxil, ümumiyyətlə, 28 il ərzində yolunu Premyer Liqadan salan legionerlər arasında gürcüstanlılar üstünük təşkil edir – 121 nəfər. Qonşularımızı Braziliyadan gələnlər izləyir – 106 nəfər.

Siyahıda sonrakı yerləri bu ölkələr tutur: Ukrayna – 105, Rusiya – 97, Serbiya – 68, Nigeriya – 39, Rumıniya – 37, Moldova - 36, Türkiyə - 35, Xorvatiya - 29.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”