Adlı-sanlı klubun millimizin qapıçısını almaq fikri var? - VİDEO

19 Mart 2020 23:20 Premyerliqa 1 040
Adlı-sanlı klubun millimizin qapıçısını almaq fikri var? - VİDEO

“Panatiniakos” millimizin qapıçısı Emil Balayevi transfer edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Newspao.gr” saytı məlumat yayıb.

Məlumata görə, klub mövsümün sonunda yeni qolkiper heyətinə cəlb edəcək. Tərtib edilən siyahıda millimizin üzvünün də adı yer alıb. Xəbərdə Emil Balayevin “Ayntraxt” klubunda çıxış etdiyi və hazırda karyerasının yüksəliş dövrünü yaşadığı da vurğulanıb.

Bununla yanaşı, “Panatiniakos”un azad agent statuslu və maaşı 200 min avrodan yüksək olmayan qapıçı transfer edəcəyi bildirilib. Balayev “Zirə” ilə mövsümün sonu qədər müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?