
Premyer Liqada XV tura start verilib.
Sportinfo.az xəbər verir ki, açılış matçı Sumqayıtda şəhərin eyniadlı komandası ilə "Səbail" arasında keçirilib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesab 13-cü dəqiqədə açılıb.
"Sumqayıt"ın hücumçusu Peyman Babayi uzaq məsafədən baxımlı qola imza atıb. 52-ci dəqiqədə "Səbail" tarazlığı bərpa edib.
Ağabala Ramazanov bərabərlik qolunu vurub. Qoldan 6 dəqiqə sonra qonaqların heyətində Tome Kitanovski hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
74-cü dəqiqədə isə Oke Akpoveta əks-hücumu qolla tamamlayıb. Beləliklə, xallarını 38-ə çatdıran "Səbail" 3-cü pillədə möhkəmlənib. "Sumqayıt" isə 20 xalla 7-ci pillədə qalıb.