
“O, indiyə qədər rastlaşdığım ən ideal insanlardan biridir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin sabiq hücumçusu Daniel Subotiç deyib.
O, həmin vaxt burada tanış olduğu, ilyarım öncə yenidən “Qəbələ”ya qayıtmış və hazırda da idman direktoru vəzifəsini daşıyan Səbuhi Səfiyarlını müsbət xarakterizə edib:
“Onun mükəmməl insani keyfiyyətləri var. “Qəbələ”ni tərk etməyimə baxmayaraq, hər zaman mənimlə maraqlanırdı, soruşurdu.
Ona görə də indiyə qədər dostluq edirik, zəngləşirik.
O dönəmdə yerli futbolçular arasında ən yaxın dostum Nizami Hacıyev idi. Zarafatı sevən, mərd kişi kimi xatırlayıram onu”.
Serbiyalı forvard “qırmızı-qaralar”ın şərəfini qoruduğu 2013/14 mövsümündə, həmçinin 2016/17mövsümünün ikinci yarısında meydana çıxdığı 41 oyunda 15 qol və 1 assistlə yadda qalıb.